Bakı şəhər sakini F.Musayevaya qarşı quldurluq etmiş qrupun üç üzvü tutulmuş, daha bir nəfər isə müəyyən edilmişdir
11.06.2016Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 6-da Bakı şəhər sakini Firəngiz Musayevanın pulunu, sənəd və qızıl əşyalarını quldurluq yolu ilə almış paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar Emil Budnıy, Elnur Əliyev və Elçin Nəsirov tutulmuş, daha bir nəfər isə müəyyən edilmişdir.