Şabran rayonunun Gəndob kəndində yol-nəqliyyat hadisəsi
04.06.2016İyunun 4-də saat 03 radələrində Şabran rayonunun Gəndob kəndində Sumqayıt şəhər sakini Emin Əhmədovun idarə etdiyi “DAF” və Xaçmaz rayon sakini Ramazan Hüseynovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Hüseynov və sərnişini - Xaçmaz rayon sakini Ağarza Bədəlov hadisə yerində ölmüşlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.