Oğurluq etdiklərinə görə tutulmuş Rövşən Əliyevin, Arif Hüseynovun və Zakir Əliyevin digər cinayət əməlləri də müəyyən edilmişdir
04.06.2016Oğurluq etdiklərinə görə iyunun 2-də tutulmuş Rövşən Əliyevin, Arif Hüseynovun və Zakir Əliyevin ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Ağcabədi RPŞ əməkdaşarı tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların Bərdə rayon sakini Məhərrəm İbrahimovla birgə mayın 27-də Firyaz Qasımova məxsus həyətyanı sahədən 2 baş inək, habelə 2015-ci ilin oktyabr ayında Cavid Piriyevə və Beyləqan rayon sakini Surxay Məmmədova məxsus həyətyanı sahələrdən 4 baş inək oğurlamaları da müəyyən edilmişdir.