Bakı şəhər sakini Tural Haqverdiyevə məxsus avtomobildən tapança və 4 ədəd patron aşkar edilərək götürülmüşdür
26.05.2016Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Tural Haqverdiyevə məxsus “Volkswagen” markalı avtomobilə baxış zamanı nömrəsi silinmiş “Makarov” tipli tapança və 4 ədəd patron, habelə cibindən 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür.