Pirallahı qəsəbə sakini Aleksandr Qraçyovu qətlə yetirmiş Bakı şəhər sakini Ruslan Şevçun tutulmuşdur
25.05.2016Mayın 25-də Pirallahı rayonunun Dübəndi bağlar sahəsində Pirallahı qəsəbə sakini Aleksandr Qraçyovun üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti tapılmışdır.
Bakı şəhər Baş Polis İdarəsi, rayon Prokurorluğu və RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri ilə hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakini Ruslan Şevçun tutulmuşdur.