Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İsmayıllı rayonunda yerləşən yanacaqdoldurma məntəqələrindən birində saxta 50 manatlıq əskinas vermiş rayon sakini A.Süleymanov tutulmuşdur

19.05.2016

Martın 20-də İsmayıllı rayonunda yerləşən yanacaqdoldurma məntəqələrindən birində operator işləyən şəhər sakini Asif Mirzəzadə RPŞ-yə müraciət edərək martın 18-də “VAZ-21015” markalı avtomobilin naməlum sərnişininin saxta 50 manatlıq əskinas verərək 10 manatlıq yanacaq doldurmasını və ona 40 manat pul qaytarmasını bildirmişdir.

İsmayıllı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Asim Süleymanov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 19-da rayon sakini R.Nuriyevə məxsus “VAZ-21011” markalı avtomobili qaçırması da müəyyən edilmişdir.