Maştağa qəsəbə sakini Ağatahir Zəkiyevdən marixuana götürülmüşdür
06.05.2016Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini Ağatahir Zəkiyevdən 5,38 qram marixuana götürülmüşdür. Ona məxsus “BMW” markalı avtomobilə baxış zamanı əlavə olaraq 4 kiloqram marixuana, 2 ədəd bıçaq, 1 ədəd taxta dəyənək, həyətyanı sahəsinə baxış zamanı isə 9 ədəd çətənə kolu və 29,75 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülmüşdür.