Avtomobil qaçırmış Samux rayon sakini Elxan Səfərov tutulmuşdur
05.05.2016Mayın 4-də Gəncə şəhərindən Samux rayon sakini Qafqaz Orucova məxsus “VAZ-2106” markalı avtomobili qaçırılmışdır.
Təhlükəsiz Şəhər Xidməti tərəfindən mayın 5-də həmin avtomobilin şəhərin Xətai prospektində hərəkətdə olması aşkar edilmişdir.
Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə avtomobil saxlanılmış, hadisəni törətmiş Samux rayon sakini Elxan Səfərov tutulmuşdur.