Naxçıvan şəhəri ərazisində “Hyundai” markalı avtomobillə iki piyada vurulmuşdur
28.04.2016Aprelin 27-də saat 23 radələrində Naxçıvan şəhəri ərazisində şəhər sakini Məhərrəm Bağırov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerliləri Səkinə Abdullayevanı və Pərvanə Əliyevanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş S.Abdullayeva və P.Əliyeva aprelin 28-də orada ölmüşlər.
Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.