Bakı şəhər sakini R.Mirzəyevə ölümcül xəsarət yetirmiş T.İsmayılov tutulmuşdur
22.04.2016Aprelin 18-də Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Rafiz Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tural İsmayılov tutulmuşdur.