Cəlilabad rayonunun Ağdaş kənd sakini Zülfüqar Salayev tutulmuşdur
19.04.2016Aprelin 18-də Cəlilabad rayonunun Ağdaş kəndində yaşayan Xanımbacı Məmmədovanın evinə açıq qalmış qapıdan girmiş naməlum şəxs onu döyərək pul verməsini tələb etmiş, səs-küy yarandığından istədiyinə nail ola bilməyib hadisə yerini tərk etmişdir.
Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmkəndlisi Zülfüqar Salayev tutulmuşdur.
Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.