Goranboy rayon sakini Vüsal Nəcəfovun kürək və qarın nahiyələrindən bıçaqla xəsarət yetirmiş Natiq Əsgərov tutulmuşdur
16.04.2016Aprelin 16-da Xətai rayonunun F.Bayramov küçəsində yerləşən avtoyuma məntəqələrindən birində Mingəçevir şəhər sakini Natiq Əsgərov münaqişə zəminində orada işləyən Goranboy rayon sakini Vüsal Nəcəfovun kürək və qarın nahiyələrindən bıçaqla xəsarət yetirmişdir.
Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Əsgərov tutulmuşdur.