İmişli rayonunun Rəsullu kəndində yol-nəqliyyat hadisəsi
15.04.2016Aprelin 15-də saat 22 radələrində İmişli rayonunun Rəsullu kəndində rayon sakinləri Şəhliyar Əzizovun idarə etdiyi “VAZ-21074” və Orxan Rüstəmovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ş.Əzizov və 3 sərnişini, habelə O.Rüstəmov və 2 sərnişini xəstəxanaya yerləşdirilmişlər. Sərnişinlərdən Ə.Mustafayev orada ölmüşdür.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.