Avtomobillərdən akkumulyator oğurlamış Bakı şəhər sakinləri Azad Mikayılov və Əkbər Əhmədov tutulmuşlar
12.04.2016Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də və 7-də Bakı şəhər sakinləri Müseyib Məmmədova, Vaqif Məmmədova və Eyvaz Atayevə məxsus avtomobillərdən akkumulyator oğurlamış həmyerliləri Azad Mikayılov və Əkbər Əhmədov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların aprelin 8-nə keçən gecə rayon ərazisində daha 3 avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilmişdir.