Sabunçu rayonunun Pirşağı qəsəbə sakini İsmixan Novruzov tutulmuşdur
09.04.2016Aprelin 9-da Sabunçu rayonunun Pirşağı qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş İsmixan Novruzov münaqişə zəminində həmyerlisi Zinyət Nəcəfovaya və oğlanları Nəcəfə bıçaqla xəsarət yetirmiş, Nicatı döymüşdür. Qadın xəstəxanaya yerləşdirilmişdir.
Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Novruzov tutulmuşdur.