Münaqişə zəminində bacısına və onun ərinə bıçaqla xəsarət yetirmiş Maştağa qəsəbə sakini S.Cavadov polisə təslim olmuşdur
07.04.2016Aprelin 7-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidmirəli Cavadov evində münaqişə zəminində bacısı İzzət Cavadovaya və onun əri Vüsal Cavadova bıçaqla xəsarət yetirmişdir. Nəticədə İ.Cavadova hadisə yerində ölmüş, V.Cavadov isə xəstəxanaya yerləşdirilmişdir.
S.Cavadov könüllü olaraq Sabunçu RPİ 14-cü PB-yə gələrək təslim olmuşdur.