Xətai rayonu ərazisində zirzəmidə elektrik naqillərinin qısa qapanmasından yanğın baş vermişdir
05.04.2016Aprelin 5-də saat 12 radələrində Xətai rayonu S.Vəzirov küçəsi ev 17-nin zirzəmisində elektrik naqillərinin qısa qapanmasından yanğın baş vermişdir. Nəticədə tüstüdən zəhərlənmiş 5 bina sakini xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.