Tərtər rayon sakini Əhəd Abbaszadəyə məxsus avtomobilin salon hissəsində qısa qapanmadan yanğın baş vermişdir
02.04.2016Aprelin 2-də saat 12 radələrində Bərdə rayonunun Mollagüllər kəndində Tərtər rayon sakini Əhəd Abbaszadəyə məxsus “Volkswagen-Passat” markalı avtomobilin salon hissəsində qısa qapanmadan yanğın baş vermişdir. Nəticədə avtomobilin yanar konstruksiyaları yanmış, yanıq xəsarəti almış Əhəd Abbaszadəyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.