DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları yığılaraq məhv edilmişdir

12.08.2007

Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gərəkli kənd sakini Nazim Nastakalovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 11, 5 kiloqram olan 25 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. Onun evinə baxış zamanı əlavə 50 qram marixuana aşkar edilərək götürülmüşdür. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nərimanov RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şakir Tağıyevdən 0,213 qram heroin, 17-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emil Əliyevdən 0,198 qram heroin, Masallı RPŞ əməkdaşları rayon sakini Faiq Bağırovdan 0,281 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Mehdi Həsənovdan 0,223 qram heroin götürmüşlər. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsəbə sakini Mikayıl Novruzəliyevdən 0,223 qram heroin götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2006-cı ilin avqustunda Bakı şəhər sakini Ülkər Qocayevanın həyətindən 4,5 kub metr taxtasını, 2007-ci ilin iyununda isə darvazasını oğurlaması müəyyən edilmişdir. Araşdırmalar aparılır.