Səbail rayonu ərazisində bir neçə evdən oğurluq etmiş Bakı şəhər sakini A.Şahbalayev Qaradağ rayonu ərazisində tutulmuşdur
25.03.2016Səbail RPİ 8-ci PB və Qaradağ RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisində yaşayan H.Axundova, R.Qəhrəmanova, N.Vəliyevə, R.Dadaşəliyevə və F.Həsənzadəyə məxsus evlərdən pul, qızıl və məişət əşyaları oğurlamış Bakı şəhər sakini Adil Şahbalayev Qaradağ rayonu ərazisində tutulmuşdur.