Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nardaran qəsəbəsində Bakı şəhər sakini N.Fərəcullayevə məxsus evdən oğurluq etmiş şəxslər tutulmuşlar

25.03.2016

Martın 10-dan 23-dək olan müddətdə Sabunçu rayonunun Nardaran qəsəbəsində Bakı şəhər sakini Namiq Fərəcullayevə məxsus evdən pəncərədən girmək yolu ilə 40 metr elektrik naqili, 1 ədəd elektrik cihazı və geyim əşyaları oğurlanmışdır.

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakinləri Qəhrəman Quliyev, oğlu Əmrah, Hüseyn Əsədov və əvvəllər məhkum olunmuş Zahid Cəbrayılov tutulmuşlar. Onların daha 2 evdən elektrik kabeli, habelə martın 22-nə keçən gecə qəsəbə sakini İ.Tapdıqovun həyətindən 120 metr elektrik naqili oğurlamaları da müəyyən edilmişdir.

25.03.2016 tarixinə olan kriminal məlumatlar