DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nizami rayonundakı H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölmüşdür

10.08.2007

Saat 22.30 radələrində Nizami rayonundakı H.Əliyev prospektində İmişli rayon sakini Elşən Muradov "Mercsedes-200" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Fərman Hüseynov və onun arvadı Səidəni vurmuşdur. Bu zaman arxadan gələn Türkiyə vətəndaşı Gökan Orbay Əlinin idarə etdiyi "Fiat" markalı avtomaşın F.Hüseynovun və Səidənin üstündən keçmiş, sonradan qarşıda gedən, Gəncə şəhər sakini Namiq Yusubovun idarə etdiyi "Mercedes" markalı avtomaşınla toqquşmuşdur. Nəticədə F.Hüseynov və Səidə hadisə yerində ölmüş, xəsarət almış Gökan Orbay Əlinin sərnişini, həmyerlisi Öndər Orbay isə xəstəxanaya yerləşdirilmişdir. Nizami RPİ tərəfindən araşdırmalar aparılır.