Göygöl rayonunun Çaykənd kəndində yaşayan K.Məmmədovu bıçaqla qətlə yetirmiş E.Allahverdiyev tutulmuşdur
18.03.2016Fevralın 29-da Göygöl rayonunun Çaykənd kəndində yaşayan 92 yaşlı Kamil Məmmədovun baş və boğaz nahiyələrində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evində tapılmışdır.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri ilə K.Məmmədovu bıçaqla qətlə yetirmiş Çaykənd kənd sakini, əvvəllər məhkum olunmuş Elxan Allahverdiyev tutulmuşdur.