DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Zabrat qəsəbə sakini Əli Hüseynova məxsus mağaza və anbarlardan saxta mallar aşkar edilərək götürülmüşdür

10.08.2007

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində "Sədərək" Ticarət Mərkəzində Zabrat qəsəbə sakini Əli Hüseynova məxsus mağaza və anbarlarda Fransa, Almaniya, Polşa dövlətlərinin əmtəə nişanlarından, habelə ştrix kodlarından istifadə olunmaqla Çin Xalq Respublikasında istehsal olunmuş 17000-ə yaxın ətriyyatlar, diş məcunları, şampunlar və müxtəlif pastalar aşkar edilmişdir. Vətəndaşları aldatma faktı ilə bağlı toplanmış materiallar Baş İdarənin İstintaq şöbəsinə təhvil verilmişdir.