Quldurluq etmiş paytaxt sakini Qalib Süleymanov tutulmuşdur
17.03.2016Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 6-da Gürcüstan vətəndaşı İlkin Nəbiyevin mobil telefonunu quldurluq yolu ilə almış paytaxt sakini Qalib Süleymanov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat-axtarış tədbirlərilə onun daha 5 nəfərə qarşı dələduzluq etməsi, habelə Bakı şəhər sakini İ.Bəylərlinin mobil telefonunu soyğunçuluq yolu ilə alması da müəyyən edilmişdir.