DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

10.08.2007

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əli Bayramlı şəhər sakini, əvvəllər məhkum olunmuş Firuz Şadlinskidən 5,118 qram heroin götürülmüşdür. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Əzizbəyov RPİ 1-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vəliməmməd Tağıyevdən 0,157 qram heroin, Sabunçu RPİ 13-cü PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Əliyevdən 0,350 qram heroin, Nizami RPİ əməkdaşları Göyçay rayon sakini Elxan Mehdiyevdən 0,209 qram heroin, Göyçay RPŞ əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş Bağır Məmədovdan 0,834 qram heroin, Quba RPŞ əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş Elxan Əmirovdan 0,198 qram heroin götürmüşlər.