Ağdam rayon sakini Şəhadət İsmayılova bıçaqla xəsarət yetirmiş Elvin Eyvazov tutulmuşdur
07.03.2016Martın 7-də Bərdə rayonunda Ağdam rayon sakini Elvin Eyvazov xuliqanlıq zəminində həmyerlisi Şəhadət İsmayılova bıçaqla daxilə nüfuz edən xəsarət yetirmişdir.
Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Eyvazov tutulmuşdur.