Binəqədi qəsəbəsində yol-nəqliyyat hadisəsi
07.03.2016Martın 7-də saat 01 radələrində Binəqədi qəsəbəsində Abşeron rayon sakinləri Əli Abdullayevin idarə etdiyi “Range Rover” və Ramil Muradovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Muradovun sərnişinlərindən Abşeron rayon sakini Elgün Muradov hadisə yerində ölmüş, özü və digər 1 sərnişini, habelə Ə.Abdullayev xəstəxanaya yerləşdirilmiş, R.Muradov orada ölmüşdür.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.