Xaçmaz rayonunun Müzəffər-oba kəndində yol-nəqliyyat hadisəsi
17.02.2016Fevralın 17-də saat 21 radələrində Xaçmaz rayonunun Müzəffər-oba kəndində rayon sakinləri Ruslan Nüsrətovun idarə etdiyi “KİA”, Şıxbala Zeynalovun idarə etdiyi “VAZ-2106” və Rövşən Şükürovun idarə etdiyi “VAZ-21093” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ş.Zeynalov və sərnişinlərindən Elvin Cavadov hadisə yerində ölmüş, digər 1 sərnişini, habelə R.Nüsrətov və 3 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
BDYPİ tərəfindən araşdırma aparılır.