Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etdiyinə görə tutulmuş dəstə üzvlərinin digər cinayət əməli də müəyyən edilmişdir

14.02.2016

Fevralın 12-nə keçən gecə Xətai rayonu ərazisində Bakı şəhər sakini Elşən Rəfiyevə məxsus mağazadan qapının qıfılını sındırmaq yolu ilə tütün məmulatı oğurlanmışdır.
Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Faiq Mikayılov, Namiq Qurbanov, Anar Kərimov, Sumqayıt şəhər sakinləri Telman Əhmədov, Nizami Bayramov, Yaqub Qəniyev və əvvəllər məhkum olunmuş Məhəbbət Əhmədov tutulmuşlar. Onların fevralın 12-də Şahmalı Əlizadəyə məxsus mağazadan 740 manat, ərzaq məhsulları və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.

14.02.2016 tarixinə olan kriminal məlumatlar