Binəqədi rayonunun Azadlıq prospektində yol-nəqliyyat hadisəsi
10.02.2016Fevralın 10-da saat 20 radələrində Binəqədi rayonunun Azadlıq prospektində naməlum markalı taksi avtomobili ilə digər naməlum markalı avtomobilin toqquşması nəticəsində taksidə olan sərnişin, Bakı şəhər sakini Sayad Salmanova xəsarət almış və o, xəstəxanaya yerləşdirilmişdir.
Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.