Oğurluq etdiyinə görə tutulmuş Sabirabad rayon sakini Təhmasib Hüseynovun digər cinayət əməli də müəyyən edilmişdir
06.02.2016Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da rayon sakini Ənvər Ağababayevə məxsus mağazadan 3 ədəd fotoaparat oğurlamış həmyerlisi Təhmasib Hüseynov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, şəhər sakinləri Elvin Zeynalov və Vüqar Bagırovla birgə Şahin Musayevə məxsus ofisdən pul və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.
Həyata keçirilmiş tədbirlərlə E.Zeynalov və V.Bagırov da tutulmuşlar.