Masallı rayonunda “Aztelecom” MMC-yə məxsus rabitə kabelinin 250 metrlik hissəsini kəsərək oğurlamış rayon sakini İ.Mustafayev tutulmuşdur
03.02.2016Fevralın 3-nə keçən gecə Masallı rayonunun Səmidxan kəndində “Aztelecom” MMC-yə məxsus işlək vəziyyətdə olan yeraltı rabitə kabelinin 250 metrlik hissəsi kəsilərək oğurlanmışdır.
Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini İlqar Mustafayev tutulmuşdur.