Saray qəsəbəsində yaşayan Kamran Babayev boyun və kürək nahiyyəsindən aldığı güllə yaraları ilə xəstəxanaya gətirilmişdir
02.02.2016Fevralın 2-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Kamran Babayev evinin qarşısından boyun və kürək nahiyyəsindən aldığı güllə yaraları ilə xəstəxanaya gətirilmişdir.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə xəsarətin ona qonşusu, həmyerlisi Qüdrət Kərimov tərəfindən “Makarov” markalı tapançadan iki dəfə açılmış atəşlə yetirilməsi müəyyən edilmişdir.
Xəstəxanaya yerləşdirilmiş K.Babayevin vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olmamışdır.Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.