Cəbrayıl rayon sakini G.Rəsulovdan “Makarov” markalı tapança və 8 ədəd patron götürülmüşdür
31.01.2016Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da Cəbrayıl rayon sakini Gündüz Rəsulovdan “Makarov” markalı tapança və 8 ədəd patron götürülmüşdür. Onun Xırdalan şəhərindəki evinə baxış zamanı isə lüləsi və qundağı kəsilmiş “İJ” markalı tüfəng və 19 ədəd patron da aşkar edilərək götürülmüşdür.