Bakı şəhər sakini Vitaliy Konstantindən külli miqdarda narkotik vasitə aşkar edilərək götürülmüşdür
25.01.2016Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vitaliy Konstantindən 37,23 qram marixuana götürülmüşdür. Onun mənzilinə baxış zamanı isə əlavə olaraq 15 kiloqram 570 qram marixuana da aşkar edilərək götürülmüşdür.