Oğurluq etmiş Qazax şəhər sakini Elmir Qocayev tutulmuşdur
25.01.2016Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il avqustun 17-də Ağköynək kəndində yaşayan Raidə Cəlilovanın evindən 450 manat və 200 ABŞ dolları, habelə qızıl əşyalar oğurlamış şəhər sakini Elmir Qocayev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun H.Vəkilovanın evindən oğurluğa cəhd göstərməsi, habelə V.Mustafayevə məxsus mağazadan 50 manat və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.