Paytaxt sakini Şahin Bədəlov tutulmuşdur
23.01.2016Yanvarın 23-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində Bakı şəhər sakini Sərdar Məmmədova məxsus mağazaya gəlmiş naməlum şəxs onun 100 manatını açıq talama yolu ilə alıb hadisə yerini tərk etmişdir.
Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Şahin Bədəlov tutulmuşdur.