Balakən rayon sakini X.Yolçuyevin evindən soyğunçuluq yolu ilə mobil telefon və açar götürmüş şəxslər tutulmuşlar
16.01.2016Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də rayon sakini Xəlifə Yolçuyevin evindən soyğunçuluq yolu ilə 1 ədəd mobil telefon və açar götürüb hadisə yerini tərk etmiş Zahid Həsənov, Rahət Hüseynov və Fərid Məmmədov tutulmuşlar.