Pirallahı qəsəbə sakini N.Sefiyevi döymüş şəxslər tutulmuşlar
14.01.2016Ötən il dekabr ayının 25-də Pirallahı qəsəbə sakini Nüsrət Sefiyev Pirallahı RPŞ-yə müraciət edərək dekabrın 24-də naməlum şəxs tərəfindən döyülməsini və bu zaman qızıl üzüyünün itməsini bildirmişdir.
Pirallahı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakinləri Elçin Məhərrəmov və Zamir Ramazanov tutulmuşlar.