Gün ərzində 110 cinayət faktı qeydə alınmışdır
13.01.2016Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 110 cinayət faktı qeydə alınmış, onların da 34-ü “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 37 nəfər tutulmuşdur.