Sumqayıt şəhər sakini Mehman Məmmədov Cəlal Məmmədova hədə-qorxu gəlib 3000 manat alarkən tutulmuşdur
12.01.2016Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Sumqayıt şəhər sakini Mehman Məmmədov Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Cəlal Məmmədova hədə-qorxu gəlib 3000 manat alarkən tutulmuşdur.