Yevlax şəhər sakini Ahu Hüseynovanı qətlə yetirmiş qardaşı Veys tutulmuşdur
12.01.2016Yanvarın 12-də Yevlax şəhəri ərazisində üzərində bıçaq xəsarətləri olan 25-30 yaşlı qadın meyiti tapılmışdır.
Yevlax RPŞ əməkdaşları tərəfindən onun şəhər sakini Ahu Hüseynova olması müəyyən edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin onun qardaşı Veys tərəfindən qısqanclıq zəminində törədilməsi müəyyən edilmiş və o, tutulmuşdur.