Gün ərzində 88 cinayət faktı qeydə alınmışdır
11.01.2016Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 88 cinayət faktı qeydə alınmış, onların da 40-ı “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 5 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 45 nəfər tutulmuşdur.