Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Münaqişə zəminində tüfəngdən açdığı atəşlə qohumu E.Canatova xəsarət yetirib hadisə yerini tərk etmiş M.Fəsədov tutulmuşdur

08.01.2016

Yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsindəki işlədiyi mağazanın qarşısına gəlmiş qohumu qəsəbə sakini Mehman Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib hadisə yerini tərk etmişdir. E.Canatov xəstəxanaya yerləşdirilmişdir.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fəsədov tutulmuş, ondan “İJ-58” markalı tüfəng və 5 ədəd patron götürülmüşdür.

08.01.2016 tarixinə olan kriminal məlumatlar