Ağdaş rayonunun Hacılı kənd sakini Emin Həsənov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən qohumu Pünhan Həsənov qarın nahiyəsindən xəsarət almışdır
07.01.2016Yanvarın 7-də Ağdaş rayonunun Hacılı kənd sakini Emin Həsənov ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən qohumu Pünhan Həsənov qarın nahiyəsindən xəsarət almış və o, xəstəxanaya yerləşdirilmişdir.
Ağdaş RPŞ əməkdaşları tərəfindən E.Həsənovdan “TOZ-16” markalı ov tüfəngi götürülmüşdür.
Araşdırma aparılır.