Nizami rayonunun Q.Qarayev prospektində yol-nəqliyyat hadisəsi
02.01.2016Yanvarın 1-də saat 20 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Azad Rəhimov vurulmuşdur. A.Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.