Oğurluq etmiş Sumqayıt şəhər sakini Mübariz Sayadov tutulmuşdur
01.01.2016Ötən il dekabrın 28-dən 31-dək olan müddətdə Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Karvansaray” ticarət mərkəzində yerləşən anbarlardan birindən qapının qıfılını sındırmaq yolu ilə 8 ədəd su qızdırıcısı və mebel aksesuarları oğurlanmışdır.
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakini Mübariz Sayadov tutulmuşdur.