Gəncə şəhər sakini Vüsal Xəlilov naməlum şəxs tərəfindən qətlə yetirilmişdir
21.12.2015Dekabrın 21-də paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində kirayədə yaşayan Gəncə şəhər sakini Vüsal Xəlilovun evinə aldatma yolu girmiş naməlum şəxs, onun boğaz və sinə nahiyələrinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmişdir.
V.Xəlilov hadisə yerində ölmüşdür.
Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.