Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Əlvan Əhmədova yerləşdirildiyi xəstəxanada ölmüşdür
20.12.2015Dekabrın 10-da saat 08 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində qəsəbə sakini Nadir Rəhmanov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əlvan Əhmədovanı vurmuş, sonradan idarəetməni itirərək paytaxt sakini Mənsur Qurbanova məxsus “Mercedes” markalı avtomobilə dəymişdir. Nəticədə piyada xəstəxanaya yerləşdirilmiş və dekabrın 20-də orada ölmüşdür.
Araşdırma aparılır.